Bu yeniliklər, Naxçıvan əhalisinin sağlamlığına öztöhfəsini verməklə yanaşı, tibbi xidmətə əlçatanlığıdaha da yaxşılaşdıracaq
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadiinkişafına dair 2023–2027-ci illər üçün DövlətProqramı”nın 2025–2027-ci illər üzrə TəfsilatlıTədbirlər Planı”nına uyğun olaraq Naxçıvan MuxtarRespublikası Səhiyyə Nazirliyi tərəfindən bir sıra işlərhəyata keçirilir.
Belə ki, Naxçıvan Sağlamlıq Mərkəzində tibbixidmətlərin keyfiyyətini artırmaq məqsədilə bir sırayeniliklər həyata keçirilib.
Məlumat üçün qeyd edək ki, Mərkəzə kardio-reanimasiya, ümumi reanimasiya və kardiocərrahiyyəüçün müvafiq olaraq 2 ədəd xəstəbaşı monitor, ümumicərrahiyyə üçün 1 ədəd xəstəbaşı monitor vətransfer üçün 1 ədəd xəstəbaşı monitor avadanlıqlarıalınıb. Cərrahi prosedurların keyfiyyətini artırmaqməqsədilə 2 ədəd cərrahi aspirator, 1 ədədaudiometriya cihazı, yenidoğulmuşlarda eşitməqabiliyyətini müayinə etmək üçün 1 ədəd cihaz və 2 ədəd su distilliyatoru alınmışdır.

Bundan başqa, mərkəzdə müalicə və prosedurlarındüzgün idarə olunması üçün 5 ədəd avtomatik şırınqapompası, 3 ədəd avtomatik infuziya pompası, 1 ədədanesteziya cihazı, 1 ədəd anesteziya monitoru və 1 ədəd suni tənəffüs aparatı təmin edilib. Digər vacibavadanlıqlar arasında 1 ədəd soyuducu, 3 ədəd tibbidondurucu və qan bankı üçün 1 ədəd tibbi soyuducu da mövcuddur. Xəstələrin temperaturunun qorunmasıüçün 1 ədəd xəstə isitmə cihazı, 2 ədəd qan və infusiyaməhsulları isidicisi, 1 ədəd dondurulmuş qanpreparatlarının əridilməsi cihazı alınıb.
Yeni alınan avadanlıqlar arasında 6 ədəd bakterisidşüalandırıcı, 8 ədəd 4 ayaqlı əsa, 4 ədəd kirli-təmizcamaşır arabası və 4 ədəd tibbi tullantıların daşınmasıüçün araba da mövcuddur. Laringoskop vəvideolarinqoskop dəstləri, 1 ədəd radiotezlikli venozablasiya cihazı, 1 ədəd əməliyyat masası üçün qızdırıcıvə 1 ədəd elektron nebulyazer də alınan avadanlıqlararasında yer alır.
Reanimasiya və cərrahiyyə sahəsində 13 ədəd 4 motorlu reanimasiya çarpayısı, 10 ədəd 5 motorlureanimasiya çarpayısı və 23 ədəd reanimasiyaçarpayıları üçün döşək mövcuddur. Eyni zamanda 28 ədəd 3 motorlu cərrahiyyə çarpayısı və 28 ədədcərrahiyyə çarpayıları üçün döşək alınaraq mərkəzəgətirilmişdir. Xəstələrin daşınması üçün 2 ədəd xəstədaşıma arabası, 2 ədəd xərək, 4 ədəd əlil arabası, 1 ədəd xəstə yuma arabası, 2 ədəd xəstə önü yeməkmasası və 1 ədəd xəstə daşıyıcı kran alınıb.
Həmçinin Ailə Sağlamlıq Mərkəzləri, OnkolojiMərkəz və Hemodializ Mərkəzi üçün də bir sıraavadanlıqlar alınıb.Bu mərkəzlərdə təmir işləri başaçatdıqdan sonra avadanlıqlar mərkəzlərin istifadəsinə veriləcəkdir.
Qeyd edək ki, mərkəzlərdə həyata keçirilən buislahatlar, tibbi xidmətlərin keyfiyyətini artırmaq vəxəstələrə yüksək səviyyədə sağlamlıq xidmətləritəqdim etmək məqsədini daşıyır. Bu yeniliklər, Naxçıvan əhalisinin sağlamlığına öz töhfəsini verməkləyanaşı, tibbi xidmətə əlçatanlığı daha da yaxşılaşdıracaq. Adıçəkilən avadanlıqların alınması, mərkəzin tibbi infrastrukturunun gücləndirilməsinə vəmüalicə proseslərinin daha effektiv, rahat və təhlükəsizşəkildə həyata keçirilməsinə imkan yaradacaq.
Bundan başqa, Naxçıvan Sağlamlıq Mərkəzindəəhalinin daha komfortlu və effektiv müalicə almasıüçün genişmiqyaslı infrastruktur yenilənməsi aparılıb, maddi texniki bazası gücləndirilib. Belə ki, mərkəzdəmüasir tələblərə uyğun laboratoriya qurulub və bulaboratoriya üçün müvafiq avadanlıqlar alınıb. Qısamüddət ərzində bu avadanlıqların istifadəyə verilməsinəzərdə tutulur. Həmçinin, mərkəzdə onkoloji xəstələrüçün kimyaterapiya prosedurlarının təhlükəsiz və rahatşəkildə həyata keçirilməsi məqsədilə xüsusi bir bölməayrılıb. Bu bölmədə müalicə prosesinin daha effektivşəkildə təşkil olunması üçün hərtərəfli şərait yaradılıb.
Mərkəzdə əlavə olaraq, iki yeni müasiravadanlıqlarla təchiz edilmiş əməliyyat otaqlarıistifadəyə verilib. Bu otaqlardan biri hibrid əməliyyatotağıdır ki, bu otaqda yüksək dəqiqlikli diaqnostik vəcərrahi müdaxilələrin eyni vaxtda aparılmasımümkündür.
Eyni zamanda mərkəzdə pasiyentlər üçün yüksəksəviyyəli xidmət təklif edən, müasir standartlara cavabverən palatalar hazırlanıb. Bu palatalar rahatlıq və fərdiqayğı prinsiplərinə əsaslanaraq dizayn edilib və artıqiki palata istifadəyə verilib. Digər palataların təmirişləri yekunlaşdıqda, onlar da xidmətə təqdimolunacaq.Həmçinin Naxçıvan Sağlamlıq Mərkəzindəyaradılmaqda olan laboratoriyada İcbari TibbiSığortanın Xidmətlər Zərfinə daxil olan bütün laboratorxidmətlər göstəriləcək.
Məlumat üçün qeyd edək ki, genişmiqyaslıinfrastruktur yenilənməsi təkcə Naxçıvan SağlamlıqMərkəzini deyil, eyni zamanda Ailə SağlamlıqMərkəzini, Onkoloji Mərkəzi və Hemodializ Mərkəzinidə əhatə edəcəkdir. Həyata keçirilən bu işlər hərşeydən əvvəl səhiyyə sisteminin müasir tələblərsisteminə uyğun qurulmasına xidmət edir.