Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları
Cəmiyyət
336
03 Mar 2025 | 21:02

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının dördüncü günüdür.
 
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 4-də imsak vaxtı saat 05:44-də, iftar vaxtı isə 18:50-dədir.
 
Martın 4-ü üçün namaz vaxtları:
 
Sübh azanı 05:49
Zöhr azanı 12:52
Əsr azanı 16:52
Məğrib azanı 18:50
İşa azanı 19:50
 
Dördüncü günün imsak vaxtı üçün duanı təqdim edirik:
 
"Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin".
 
Tərcüməsi:
 
"İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!"
 
İftar duası:
 
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".
 
Tərcüməsi:
 
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!".
 
Allah orucunuzu qəbul eləsin!
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər