Sağlamlığımıza təhlükə yaradan, biri 65 qəpiyə olan toyuqlar Azərbaycana necə gətirilir?
Cəmiyyət
484
03 Mar 2025 | 19:50

Sağlamlığımıza təhlükə yaradan, biri 65 qəpiyə olan toyuqlar Azərbaycana necə gətirilir?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycan xaricdən 12,9 milyon dollar dəyərində 16,5 milyon ədəd ev toyuğu gətirilib. Məlumata görə ən çox toyuq Türkiyədən (11,8 milyon ədəd), ən az isə İspaniyadan (17,3 min ədəd) gətirilib. Bunun əksinə ən baha qiymətə İspaniyadan (11,87 manat), ən aşağı qiymətə isə Türkiyədən (65 qəpik) idxal olunub.
 
Bəs, bu qədər ucuz qiymətə gətirilən toyuqlar hansı məqsəd üçün istifadə edilir?
 
Suala Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, DSK-nin yaydığı bu məlumat qaranlıq bir məsələnin üzərindən pərdə qaldırıldı:
 
“2 ilə yaxındır ki, istehlakçılar bizdən soruşurlar ki, 3-ü 10 manata satılan toyuqlar haradan gətirilir, mənşəyi nədir? Mən də hər dəfə bunun yumurtadan kəsilmiş anaş toyuqlar olduğunu demişəm. DSK -nın məlumatını da araşdırarkən aydın oldu ki, biri 65 qəpiyə gətirilən toyuqlar Türkiyədə yumurtadan kəsilmiş anaş toyuqlardır. Bu toyuqları ölkəmizə Naxçıvan gömrüyündə işləyən əslən Nehrəmdən olan Emil adlı bir nəfər gətirir. Yumurtadan kəsilmiş anaş toyuqlar insan sağlamlığı üçün təhlükəlidir. Ona görə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bunu araşdırmalıdır”.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər