Dumanlı hava ilə bağlı xəbərdarlıq olunub
Cəmiyyət
392
03 Mar 2025 | 19:31

Dumanlı hava ilə bağlı xəbərdarlıq olunub

Martın 4-nə proqnozlaşdırılan dumanlı hava şəraiti ilə bağlı avtomagistrallarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşması gözlənilir.
 
Bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
 
Dumanlı havada yollarda yaranan məhdudiyyətli görünmənin texniki nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında görünməsinə maneə yaratdığını, eləcə də bir sıra dağlıq və dağətəyi bölgələrdə gecə və səhər saatlarında yolların buz bağlama ehtimalını nəzərə alaraq, sürücülərə zəruri ehtiyat tədbirləri görmək, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər