Qalmaqallı
Cəmiyyət
444
03 Mar 2025 | 18:14

Qalmaqallı "Formula-1" cinayət işinə görə 10 il HƏBS TƏLƏBİ

"Formula-1" yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən son prosesdə dövlət ittihamçısı təqsirləndirilən Çingiz Mehdiyevin 10 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
 
Növbəti proses martın 13-nə təyin edilib.
 
Qeyd edək ki, ittihama görə Çingiz Mehdiyev İdman Nazirliyi vasitəsilə Bakı şəhər Halqası Əməliyyat Şirkətinə 2016-2018-ci illərdə Bakıda keçirilən "Formula-1" yarışlarının təşkilinə ayrılmış 397 min 852.82 manat vəsaiti mənimsəməkdə təqsirləndirilib. Bundan başqa, Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-nin "Bank of Amerika" bankındakı hesabına 1 milyon 436 min 735.18 manatı köçürməklə leqallaşdırıb.
 
İttihamda daha sonra qeyd edilib ki,yarışların təşkilində müxtəlif avadanlıqların, geyimlərin qiymətləri artıq göstərilib və nəticədə lazım olduğundan daha çox vəsait ayrılıb. Çingiz Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə də təqsirləndirilir. Ona həm də cinayət yolu ilə əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı verilib. Keçmiş şöbə müdiri həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürüb.
 
Qeyd edək ki, həmin vaxt əməliyyat şirkətinin sabiq icraçı direktoru mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olub.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər