Ayrıca cəzaçəkmə müəssisələri yaradılacaq?- RƏSMİ 
Cəmiyyət
566
10:57, Bu gün

Ayrıca cəzaçəkmə müəssisələri yaradılacaq?- RƏSMİ 

Azərbaycanda ehtiyatsızlıqdan cinayət törədənlər üçün ayrıca cəzaçəkmə müəssisələrinin yaradılması təklif olunur.
 
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
 
Ombudsman ehtiyatsızlıqdan cinayət törətmiş şəxslərin cəzalarını daha yüngül rejimli cəzaçəkmə müəssisələrində çəkmələri ilə bağlı xarici ölkələrin müsbət təcrübəsi də nəzərə alınmaqla, məntəqə tipli cəzaçəkmə müəssisələrinin əsasında ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər üçün nəzərdə tutulan ayrıca cəzaçəkmə müəssisələrinin yaradılması və təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq ehtiyatsızlıqdan cinayət törətmiş şəxslərin cəzasının həmin müəssisələrdə çəkilməsinin qanunvericiliklə təsbit edilməsini vacib sayıb.
Link kopyalandı!
Son xəbərlər