Cəmiyyət
961
03 Mar 2025 | 10:39

"WhatsApp" istifadəçilərinə BƏD XƏBƏR - Martın 10-dan etibarən...

2025-ci il martın 10-dan etibarən "WhatsApp" messencerini köhnə smartfon modelləri dəstəkləməyəcək.
 
Bu barədə “Proofy” nəşri məlumat yayıb .
 
İlkin məlumatlara görə, bu proses 2025-ci il mayın 5-dək başa çatacaq.
 
Fevralın 17-dən etibarən "WhatsApp" "Android 4.4 KitKat" əməliyyat sistemi və köhnə versiyaları istifadə edən qadcetlərdə işləməyəcək: "Samsung Galaxy S3" və "Note 2", birinci nəsil "Motorola Moto G", "HTC One X", "LG Optimus G" və "Nexus 4", "Sony Xperia" modelləri.
 
Həmçinin, mayın 5-dən etibarən messencer "iOS OS"li ilkin modellərdə, məsələn, "iPhone 6" və "iPhone 6 Plus"da dəstəklənməyəcək.
 
İstifadəçilər "WhatsApp" vasitəsilə mesaj göndərə, qəbul edə və zəng edə bilməyəcəklər. Siz əməliyyat sisteminizi yeniləməli və ya yeni smartfon almalısınız./Publika.az 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər