Gələcəyin hüquqşünasları üçün yaradıcı təşəbbüs!
Cəmiyyət
2112
02 Mar 2025 | 15:04

Gələcəyin hüquqşünasları üçün yaradıcı təşəbbüs!

Naxçıvan Dövlət Universitetinin "Ümumi hüquq" kafedrasının müəllimi Yunis Xəlilovdan gələcəyin hüquqşünasları üçün yaradıcı təşəbbüs!
 
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Hüquq fakültəsinin I kurs tələbələri Konstitusiya hüququ fənni çərçivəsində fərqli və kreativ bir tapşırıq icra etdilər!
 
Müəllimləri Yunis Xəlilovun təşəbbüsü ilə hər bir tələbə 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan olunması münasibətilə Naxçıvan Dövlət Universitetinin tələbəsi imzası ilə Azərbaycan Respublikasının Konstitusiyası ilə bağlı bir mövzu seçərək öz məqaləsini yazmış və müxtəlif saytlarda yayımlatmışdır.
Bu tapşırıq tələbələrin analitik düşüncəsini inkişaf etdirməklə yanaşı, onları araşdırma aparmağa, yazı bacarıqlarını təkmilləşdirməyə və hüquqi biliklərini praktik tətbiq etməyə sövq etmişdir.
 
Bundan bir qədər əvvəl isə, Yunis Xəlilov Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının I kurs tələbələrinə tədris etdiyi konstitusiya hüququ fənni üzrə digər bir kreativ da tapşırıq vermiş və tələbələr bu tapşırığı da uğurla yerinə yetirmişdir. Belə ki, onların hər biri "Adison" təhsil platforması, eləcə də Avropa Şurasının "Help Programme" kursu çərçivəsində müxtəlif hüquqi mövzularda onlayn kurslar bitirib sertifikatlar almışdır.
 
Bu tapşırıq isə onlara hüquq təhsili üzrə əlavə biliklərin əldə edilməsi, onlayn kurslara qatılma yollarının öyrənilməsi, hüquq elmlərinin tədrisinə motivasiyanın artması kimi dəyərlər qazandırmışdır.
 
Link kopyalandı!
Son xəbərlər