Direktorun səsyazısı yayıldı - “Mənə dilənçi payı lazım deyil”- VİDEO
Cəmiyyət
2154
02 Mar 2025 | 10:52

Direktorun səsyazısı yayıldı - “Mənə dilənçi payı lazım deyil”- VİDEO

Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səsyazısı yayılıb.
 
“Qafqazinfo” xəbər verir ki, səsyazısında direktorun müəllimlərlə mübahisəsi yer alıb.
 
Məlumata görə, direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedoqoji heyəti təhqir edib.
 
O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq.
 
Qeyd edək ki, 1984-cü il təvəllüdlü Lamiyə İlhamsoy 2022-ci ildən bu vəzifədə çalışır. 
 

 

Link kopyalandı!
Son xəbərlər