APA Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı dialoq çağırışlarını dəstəkləyib
Cəmiyyət
473
15:06, Bu gün

APA Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı dialoq çağırışlarını dəstəkləyib

Qərbi Azərbaycan mövzusunda beynəlxalq dəstəyin əldə olunması istiqamətində növbəti addım atılıb.
 
Bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.
 
Bildirilib ki, Asiya Parlament Assambleyasının (APA) fevralın 17-21-də Bakıda keçirilmiş sessiyasında qəbul edilmiş yekun sənəddə Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtması və Qərbi Azərbaycan İcmasının (QAİ) qayıdışla bağlı dialoq çağırışları dəstəklənib.
 
Özündə 44 dövlətin parlamentini birləşdirən APA-nın Qərbi azərbaycanlıların qayıdış hüququnu dəstəkləməsi bu mövzunun beynəlxalq sülh və insan hüquqları gündəliyinin əsas məsələlərindən biri kimi qəbul edilməsinin növbəti mötəbər təsdiqidir.
 
QAİ yekun sənəddə ifadə olunan sözügedən birmənalı dəstəyə görə Milli Məclisə və APA üzvü olan digər dövlətlərin parlamentlərinə təşəkkür edib.
Link kopyalandı!
Son xəbərlər