Küçədə xuliqanlıq etdi - Evinə 1000 nəfəri qeydiyyata saldırdığı üzə çıxdı
Cəmiyyət
359
14:57, Bu gün

Küçədə xuliqanlıq etdi - Evinə 1000 nəfəri qeydiyyata saldırdığı üzə çıxdı

Bakıda ictimai yerdə xuliqanlıq hərəkətləri etmiş şəxs məsuliyyətə cəlb edilib.
 
Hadisə Aşıq Ələsgər küçəsində qeydə alınıb.
 
Küçədə yüksək səslə qışqıraraq söyüş söyən 1966-cı il təvəllüdlü H.Kazımov (şərti) polis əməkdaşları tərəfindən asayişə dəvət edilərək saxlanılıb.
 
Aparılan araşdırma zamanı saxlanılan şəxsin həmin küçədə evinin olması və pul müqabilində yüzlərlə şəxsi mənzilinə qeydiyyata saldırması müəyyən edilib.
 
H.Kazımov da ifadəsində 1000 nəfərdən çox şəxsi ödəniş əsasında evinə qeydiyyata saldırdığını deyib.
 
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.
 
Xətai Rayon Məhkəməsinin qərar ilə H.Kazımov 4 sutkalıq həbs edilib.
Link kopyalandı!
Son xəbərlər