Qarlı havada 41 nəfər xəsarət alıb
Cəmiyyət
387
13:09, Bu gün

Qarlı havada 41 nəfər xəsarət alıb

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 41 nəfər müraciət edib.
 
Bu barədə Moderator.az-a Səhiyyə Nazirliyindən bildirilib.
 
Qeyd olunub ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.
 
2 nəfər əməliyyat üçün stasionara qəbul edilib.
Link kopyalandı!
Son xəbərlər