Kəmaləddin Heydərov Lənkəranda vətəndaşları qəbul edib
Cəmiyyət
291
17:37, Bu gün

Kəmaləddin Heydərov Lənkəranda vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran şəhərində, nazirliyin Cənub Regional Mərkəzinin binasında Lənkəran və Astara rayonları sakinlərinin qəbulunu keçirib.
 
Bu barədə nazirlikdən məlumat verilib.
 
Bildirilib ki, nazir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
 
Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Lənkəran və Astara rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
 
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.
 
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.
Link kopyalandı!
Son xəbərlər