Bizi sosial şəbəkələrdən izləyin:
Yeddi şəhər üzrə 200 liftin quraşdırılmasına 9 940 000 manat vəsait ayrılıb.
Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamda əksini tapıb.
Sənədə əsasən, paytaxtda 141 lift quraşdırılacaq. Bu işin icrasına 7 007 700 manat vəsait xərclənəcək.
Həmçinin, Sumqayıtda 30 (1 491 000 manat), Naxçıvanda 11 (546 700 manat), Gəncədə 10 (497 000 manat), Xırdalanda 5 (248 500 manat), Qazaxda 2 (99 400 manat), Bərdədə 1 (49 700 manat) lift quraşdırılacaq.