YPG və PKK-nın Suriya qolu Öcalanın çağırışını dəstəkləyib
Cəmiyyət
270
27 Feb 2025 | 22:28

YPG və PKK-nın Suriya qolu Öcalanın çağırışını dəstəkləyib

“YPG” terror təşkilatı “PKK” terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın tərəfdarlarını silahı yerə qoymaqla bağlı çağırışını dəstəkləyib.
 
“Report” “Cümhuriyyət”ə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat məsələləri üzrə məsul şəxsi Siyamend Eli açıqlama verib.
 
O bildirib ki, bu çağırış Türkiyə xalqı başda olmaqla regiondakı bütün xalqların sülh şəraitində yaşamalarına şərait yaradacaq: “Bu mesaj bizim üçün çox əhəmiyyətlidir. Bu, “savaş”ın dayandırılmasına hesablanmış ismarışdır”.
 
PKK terror təşkilatının Suriya qolu olan Suriya Demokratik Qüvvələrinin (SDQ) rəhbəri Ferhat Abdi Şahin isə bildirib ki, onların mövqeyi konstruktiv xarakterlidir: “Bu, sülh məsələsidir”.
 
Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər