Qazaxda qaçırılan qız ailəsinə qaytarıldı
Cəmiyyət
848
27 Feb 2025 | 23:27

Qazaxda qaçırılan qız ailəsinə qaytarıldı

"Qazax Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılmış şəxsin yeri müəyyən olunaraq ailəsinə təhvil verilib. Hazırda araşdırmalar davam etdirilir, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
 
Bu barədə Moderator.az -a DİN-in Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov baş verənlərlə bağlı danışarkən deyib.
 
****
 
Qazax rayon Daş Salahlı kəndində yeniyetmə qızın qaçırılması hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, Qazax rayonunun Daş Salahlı kənd sakini 10.09.2009-cu il təvəllüdlü C. A. həmkəndlisi 14.05.2003-cü il təvəllüdlü Mancanov Pərvin Pərviz oğlu tərəfindən qaçırılıb.
 
Hadisənin təfərrüatı barədə hələlik məlumat yoxdur.
 
Könül Aypara
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər