Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistan və Azərbaycan delimitasiya komissiyaları görüşəcək və daha sonra sərhədin şimal hissəsində müvafiq prosesə başlanılacaq.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan komissiyasının sədri, baş nazirin müavini Mher Qriqoryan brifinqdə bildirib.
"Hesab edirəm ki, proses başlamazdan əvvəl daha bir görüş olacaq, hələ müzakirə olunacaq məsələlər var. Biz şimal hissəsindən (Ermənistanın Tavuş rayonu - red.) davam edəcəyik", - deyə o qeyd edib və əlavə edib ki, Azərbaycan tərəfi ilə intensiv görüşlərin keçirilməsi üzrə razılaşmalar var.
Jurnalistin yaxın gələcəkdə görüşün mümkün olub-olmaması ilə bağlı sualına Qriqoryan bildirib ki, bir ehtimal istisna edilmir.