Bizi sosial şəbəkələrdən izləyin:
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
Moderator.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror bəyan edib ki, müttəhim müğənniyə verilmiş ittiham məhkəmə istintaqı ilə də təsdiqini tapıb.
Bu əsasla Ağadadaş Ağayev xuliqanlıqda təqsirli bilinməli, ona 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilməli, lakin həmin müddət şərti hesab edilməlidir.
Hakim müğənninin vəkili Asim Abbasova müdafiə çıxışına hazırlanması üçün vaxt verib.
Bir azdan başqa zalda insidentin digər iştirakçısı olan mühafizəçi Nurəddin Cəlilovun məhkəməsi başlayacaq. Cəlilov da xuliqanlıqda ittiham edilir. Həmin işdə Ağadadaş Ağayev zərərçəkmişdir.
Qeyd edək ki, Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə notarial qaydada barışıq əldə edib.