Cəmiyyət
621
16:09, Bu gün

"WhatsApp" işlədənlərin NƏZƏRİNƏ: yeni təhlükə var

"WhatsApp" messencerindəki virusların əvvəllər linkə keçid etməklə və ya fayl yükləməklə yayıldığı bilinir. Lakin yeni növ virus artıq telefona avtomatik olaraq daxil ola bilir.

Rusiyanın Kibertəhlükəsizlik Araşdırmaları Mərkəzinin texniki direktoru Aleksey Vişnyakov bildirib ki, bu virusun yayılması üçün sadəcə qurbanın telefon nömrəsini bilmək kifayətdir. Virus avtomatik olaraq yüklənən PDF faylları vasitəsilə ötürülür. Mütəxəssis cihazı qorumaq üçün telefondakı sənədlərin avtomatik yüklənməsini deaktiv etməyin vacib olduğunu qeyd edib. Ekspertin sözlərinə görə, "zero-click" hücumu nəticəsində virusun telefona keçməsi asanlıqla aşkar edilmir, çünki istifadəçi heç bir linkə klikləmədən və ya fayl yükləmədən yoluxma yaşayır. Lakin bəzi hallarda zərərli kodun mövcudluğunu müəyyən etmək mümkündür.

Məsələn sistem və ya messencerin versiyasının uyğunsuzluğu zamanı istifadəçi cihazla qarşılıqlı əlaqə zamanı tətbiqin açılmaması, ekranın daha yavaş reaksiya verməsi, "Parametrlər" menyusunun bəzi hissələrinin işlənməsi, tətbiq menyusunda anomaliyaların və ya simvolların dəyişməsi kimi problemlərlə qarşılaşa bilər. Həmçinin, cihaz bəzi hallarda tanımadığınız proqramlara əlavə icazələr vermək üçün sorğular göstərə bilər.

Ekspert qeyd edir ki, çox vaxt "zero-click" hücumlarında zərərli kod cihazda daimi qalmaz və smartfon sadəcə yenidən başladıldıqda bu koddan təmizlənir. Bəzi hallarda isə cihazı fabriki parametrlərinə sıfırlamaqla problemi həll etmək mümkündür.

Link kopyalandı!
Son xəbərlər