Ekoloqdan XƏBƏRDARLIQ: Mart-aprel aylarında qar yağsa meyvəsiz qala bilərik
Cəmiyyət
365
11:09, Bu gün

Ekoloqdan XƏBƏRDARLIQ: Mart-aprel aylarında qar yağsa meyvəsiz qala bilərik

“Fevral ayında yağan qarın təbiət üçün heç bir zərəri yoxdur. Ona görə zərəri yoxdur ki, təbiətdə su balansının toplanmasına kömək edir, kənd təsərrüfatına, meşələrə çox faydalıdır. Su toplayıcı qüvvələrin artmasına çox gözəl təsiri var. Bir mənfi təsiri ondan ibarət ola bilər ki, payız vaxtı əkilmiş taxıl bitkilərinin donvurmasına səbəb olar. Əgər çiçəklənmə dövrü deyilsə bir o qədər də zərəri yoxdur. Bitki yenidən inkişaf edə bilər. Fevral ayında yağan qar bolluq, bərəkətlikdir. Mən bir ekoloq kimi buna çox sevinirəm. Aprel-mart ayında qar yağsaydı fəlakət baş verə bilərdi, biz meyvəsiz qala bilərdik. Şükür ki, qar fevral ayında, ağacların çiçəklənməməsi dövründə yağıb. Məhsuldarlıq bol olacaq yaxud da az bunu indidən deyə bilmərik. Biz bu proqnozu mart ayındakı havadan sonra deyə biləcəyik. Əgər aprel ayının 5-dək bu cür yağıntılar olmasa məhsuldarlıq güclü olacaq. İndiki şəraitdə proqnoz vermək çətindir. Bir ay, bir ay yarım müddətində bilmirik bizi nə gözləyir?”
 
Bunu Moderator.az -a açıqlamasında Biologiya üzrə fəlsəfə doktoru, ekoloq, dosent Gülçöhrə Hüseynova  deyib. 
 
Ekoloq vəhşi heyvanların hava şəraiti ilə bağlı ərazilərə çıxdığını da bildirib.
“Vəhşi heyvanlar həmişə var. Sadəcə olaraq Bakı şəhərinə, Abşeron yarımadasına 15-20 sm qarın yağması təbii ki, heyvanlar üçün qida çatışmazlığına səbəb olur. Canavarlara və tülkülərə gəldikdə isə.. Onlar öz qidalarını tapıb, hansısa şəraitə adaptasiya olacaqlar. Heyvanlar da, bitkilər də biz insanlar olmadan yaşaya bilirlər. Biz sadəcə onlarsız yaşaya bilmərik” deyə ekoloq bildirib.
Link kopyalandı!
Son xəbərlər