Bu il fitrə zəkatının məbləği nə qədər olacaq? - QMİ-dən CAVAB
Cəmiyyət
372
10:51, Bu gün

Bu il fitrə zəkatının məbləği nə qədər olacaq? - QMİ-dən CAVAB

Azərbaycanda martın 1-dən Ramazan ayı başlayır. Bununla əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi fətvası yayılacaq.
 
Hər il Ramazan bayramı günü müsəlmanlar fitrə zəkatı verilir.
 
Qeyd edək ki, ötən il Qazılar Şurasının Fətvasına görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunub. Bu il də fitrə zəkatının məbləğinin nə qədər olacağı maraq doğurur.
 
Məsələ ilə bağlı Modern.az-a açıqlamasında QMİ sədrinin müavini Bəxtiyar Nəcəfov bildirib ki, ümumilikdə hər şəxs 3 kilo buğdanın pulunu fitrə zəkatı olaraq verməlidir:
 
“Fitrənin hesablanması yenə də  əvvəlki qaydada olacaq. Yəni istifadə etdiyimiz buğda çörəyinin, çərəzlərin qiymətinə uyğun olaraq hesablama aparılacaq. Bu il də 10 və ya 15 manat arası kimin nəyə gücü çatırsa, verərik. 3 kilo buğdanın pulunu bir nəfər verməlidir. Bu da orta hesabla 3 manat və ondan yuxarıya kimin nəyə gücü çatırsa, fitrə verə bilər”.
Link kopyalandı!
Son xəbərlər