Çin avtomobil satışında dünya liderinə çevrilib
Cəmiyyət
537
09:56, Bu gün

Çin avtomobil satışında dünya liderinə çevrilib

2025-ci ilin yanvar ayının nəticələrinə görə, dünyada minik avtomobillərinin və yüngül mühərrikli kommersiya avtomobillərinin satışı 6.7 milyon ədəd təşkil edib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə təxminən 2 faiz çoxdur.
 
Bu barədə "GlobalData"nın apardığı araşdırmada qeyd olunub.
 
Məlumatda qeyd olunur ki, 2025-ci ilin yanvarında Çin 1.96 milyon avtomobil sataraq avtomobil satışında dünya lideri olub. İkinci yerdə 1.1 milyon avtomobillə ABŞ qərarlaşıb. Qərbi Avropa avtomobil bazarlarının satışı isə ümumilikdə 3.2% azalaraq 1 milyon ədədə düşüb.
Link kopyalandı!
Son xəbərlər