“Azercell” bu xidməti bahalaşdırdı
Cəmiyyət
559
09:27, Bu gün

“Azercell” bu xidməti bahalaşdırdı

“Azercell Telekom” MMC fakturasız (Sim-Sim) və fakturalı xətt sisteminə aid nömrələr (korporativ abunəçilər daxil olmaqla) üçün nəzərdə tutulmuş SMS xidməti çərçivəsində ölkədaxili göndərilən 1 SMS-ə görə 0.10 AZN, ölkəxarici (beynəlxalq zəng istiqamətindəki ölkələrə) 1 SMS-ə görə isə 0.25 AZN xidmət haqqı tətbiq ediləcək.
 
Fakturasız (Sim-Sim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş “balans” haqqında avto-məlumat xidməti ödənişli olacaq, 0.59 AZN təşkil edəcək. Xidmət hər 30 gündən bir avtomatik olaraq yenilənəcək.
 
“Balans öyrənmə”nin xidmət haqqı isə 0.10 AZN olacaq.
Link kopyalandı!
Son xəbərlər