Bizi sosial şəbəkələrdən izləyin:
Təbrizdə “Dənizdə” tamaşası bazar günündən bəri Təbriz Şəhər Teatr kompleksinin Ustad Sadıqi zalında səhnəyə çıxarılıb.
Bu barədə yerli media məlumat yayıb.
Məşhur polşalı dramaturq Slavomir Mrojekin müəllifi olduğu komediya tamaşasının 10 gün nümayiş etdiriləcəyi bildirilib.
Rejissorunun Əli Fütuhi olduğu tamaşada Yusuf Əkbərzadə, Mehdi Xaliqi, Səba Fərpar, Əli Fikri və Mehdi Nurzad Lalə rol alıblar.