Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirilib
Cəmiyyət
341
18:57, Bu gün

Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirilib

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi bu gün səhər yenidən reanimasiyaya yerləşdirilib.
 
Bu barədə onun oğlu məlumat verib.
 
O bildirib ki, Niyazi Mehdi bir neçə gün əvvəl vəziyyətinin ağırlaşması səbəbilə yenidən xəstəxanaya yerləşdirilib: "Vəziyyəti pisləşən kimi xəstəxanaya yerləşdirmək qərarına gəldik. Bu gün səhər isə reanimasiya şöbəsinə köçürülüb".
 
Niyazi Mehdinin sağlamlıq vəziyyəti
 
Qeyd edək ki, yanvarın 30-u Niyazi Mehdinin vəziyyətinin pisləşməsi ilə əlaqədar ilkin məlumat yayıldı. Ailə üzvləri bildirdi ki, onun ayağında qanqrena başlayıb. Həkimlərin məsləhətləşmələrindən sonra barmağının amputasiya edilməsi qərarı verilib.
 
Əməliyyatdan sonra isə Niyazi Mehdinin vəziyyəti nisbətən stabilləşdi. Əməliyyatdan sonra palataya köçürülən alim fevralın 6-ı evə buraxılmışdı.
Link kopyalandı!
Son xəbərlər