İcra başçısı kənddə səyyar qəbul keçirdi
Cəmiyyət
303
14:50, Bu gün

İcra başçısı kənddə səyyar qəbul keçirdi

Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
 
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Kələntərli kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
 
Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, 2 ədəd subartezian quyusunun qazılması, işlə təmin olunma, elektrik enerjisinin verilməsində tez-tez fasilələr yarandığı üçün yol kənarındakı ağacların budanması, bankomat quraşdırılması ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Link kopyalandı!
Son xəbərlər