“İlhamə Quliyevanın məzarını bacıları, bir də Novruz Aslan ziyarət edib”-FOTOLAR
Cəmiyyət
483
13:40, Bu gün

“İlhamə Quliyevanın məzarını bacıları, bir də Novruz Aslan ziyarət edib”-FOTOLAR

“Dünən xalq artisti İlhamə Quliyevanın anım günü idi. İki bacısından, bir yaxın qohumundan, bir də deputat Novruz Aslandan başqa heç kim məzarı üstünə gəlmədi. Gülbahar xanım məzarın üstünü təmizlətdirib, gül-çiçək dəstələri qoyub. Çox təəssüf ki, mən gedə bilmədim, çünki ayaqlarım ağrıyırdı. Ayaqlarım ağrımayanda gedib həm valideynlərimi, həm də İlhamə xanımı ziyarət edirəm. İlhamə xanımı mən nəinki doğum və anım günlərində, hər gün, hər saat yad edirəm”
 
Bunu Moderator.az-a açıqlamasında mərhum sənətkar, xalq artisti İlhamə Quliyevanın köməkçisi Fatma Əliyeva deyib. O daha sonra əlavə edib:
 
“İlhamə xanımın yanına ən çox gələn Əli Mirəliyevin qızı Samirə, teleaparıcı Lamiyyə Ələkbərova, bir də əməkdar artist Firuzə İbadova idi. Firuzə xanım onu, İlhamə xanım da Firuzə xanımı çox istəyirdi. Məzarı üstünə ola bilsin ki, hava şəraiti ilə bağlı getməyib, amma hər zaman onunla bağlı çəkilən verilişlərdə danışıb, müsahibələr verib. Anım günündə İlhamə xanımın sayılmaması həqiqətən də ona qarşı böyük haqsızlıqdır. Bu adlarını çəkdiyim insanlardan başqa digərləri yalnız işləri düşəndə gəlib ona baş çəkirdilər. İşləri bitən kimi tez qaçaraq otağı tərk edirdilər. İlhamə xanım da onları tanıyırdı. Onun gözəlliyinə, səsinə, oxumağına paxıllıq edirdilər. İlhamə xanım onları sözüylə yandırıb tökürdü. İlhamə xanım mənə “qızım” deyirdi, mən də ona “ana”. Doğma ana-bala kimi idik. Deyirdi ki, Fatya, sən o qədər təmiz insansan ki.. Çünki yanına gələn bəzi insanlardan şikayətlənirdi. Deyirdi ki, Fatya, onların bir neçə dilləri var, işləri düşəndə məndən istifadə edirlər. İlhamə xanımın həmin insanlardan zəhləsi gedirdi, amma yenə də onun yanına xahişə gələnləri əliboş yola salmırdı” deyə sənətkarın köməkçisi deyib.
Link kopyalandı!
Son xəbərlər