Uşaqlara neçə yaşından smartfon alınmalıdır?- AÇIQLAMA
Cəmiyyət
357
13:09, Bu gün

Uşaqlara neçə yaşından smartfon alınmalıdır?- AÇIQLAMA

Uşaqların mobil telefonlara marağı təbiidir. Lakin valideynlər bu cihazların potensial zərərləri barədə narahatdırlar və övladlarını smartfonlardan mümkün qədər uzaq tutmağa çalışırlar. Buna baxmayaraq, bəzi valideynlər məktəbəqədər yaşda olan uşaqlara belə mobil telefon alırlar.
Maraqlıdır, uşaqlara neçə yaşından smartfon alınmalıdır? Məktəbə yeni başlayan uşaq telefondan istifadə edə bilərmi? Uşaqları rəqəmsal dünyanın təhlükələrindən necə qorumaq olar?
 
Psixoloq Fərqanə Mehmanqızı "Ajans.az"a açıqlamasında bildirib ki, uşaqlara smartfon vermək üçün ideal yaş onların fərdi inkişafı, məsuliyyət hissi və ehtiyaclarına bağlıdır:
 
"Çox vaxt 12 yaşdan əvvəl tam funksional smartfonun verilməsi məsləhət görülmür. Bu yaşa qədər uşaqlar üçün əsas ünsiyyət vasitəsi kimi sadə, valideyn nəzarətində olan cihazlar daha uyğun ola bilər. Məktəbə yeni başlayan (təxminən 6-7 yaş) uşaqlar üçün telefon əsasən təhlükəsizlik və təcili əlaqə məqsədi daşımalıdır. Qeyd edim ki, uşaqlar telefondan cizgi filmlərinə baxmaq məqsədilə istifadə edirlər. Əvvəllər bu işi televizorlar görürdü. Ona görə də telefona ayrılan zaman müəyyən miqdarda olmalıdır.
 
Həmin həddi aşmaq olmaz. Ancaq indiki dövrdə uşaqları rəqəmsal dünyadan ayırmaq mümkün deyil. Ona görə də gündəlik istifadə müddətini müəyyən etmək və uşağın sosial fəaliyyətlərini, fiziki oyununu dəstəkləmək üçün balanslı yanaşma tətbiq etmək lazımdır. Bir sözlə, valideynlər uşaqlara smartfon vermək və onların rəqəmsal dünyada təhlükəsizliyini təmin etmək üçün övladlarının inkişafını nəzərə almalı, məhdudiyyətlər qoymalı və mütəmadi nəzarət aparmalıdırlar."
Link kopyalandı!
Son xəbərlər