Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankaraya səfəri çərçivəsində Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ilə görüşüb.
Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud strateji müttəfiqlik münasibətlərinə diqqət çəkilib, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.