Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilən ömrün proqnozlaşdırıla biləcəyini kəşf edib. Üstəlik, dırnaqlar həm də yaş, hüceyrə yenilənməsi və vitamin çatışmazlığı kimi bir çox problemin mühüm xəbərçisidir.
Bəs dırnaqlar sağlamlığımızla bağlı başqa hansı məlumatları gizlədir?
Moderator.az mövzu haqqında maraqlı məlumatları təqdim edir.
Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaq sağlamlığının orqanizmin sağlamlığının sirlərini saxladığını açıqlayıb.
Dırnaqların sürətli böyüməsinə əsaslanaraq ömrün müddətini qiymətləndirmək mümkündür. Dr. Sinclairə görə, dırnaq sağlamlığı orqanizmin yeni, sağlam hüceyrələr istehsal sürətini də əks etdirir.
"Dırnaqlarınızın böyümə sürəti necə qocaldığınızın və ya qocalmadığınızın həqiqətən yaxşı göstəricisidir" - deyə Sinclair bildirib:
O, 1979-cu ildə pop-kastında verdiyi açıqlamalarda araşdırmalara da toxunub. Buna uyğun olaraq 1979-cu ildə elm adamları yüzlərlə iştirakçının dırnaqlarına ölçü lentləri bağlayaraq, illərlə davam edən araşdırma aparıblar. İllər ərzində əldə edilən məlumatlar 30 yaşından sonra dırnaqların həftəlik böyümə sürətinin hər il təxminən 0,5 % azaldığını ortaya qoyub.
Beləliklə, dırnaqlarınızı tez-tez kəsmək məcburiyyətindəsinizsə və dırnaqlarınız daha tez uzanırsa, siz digər insanlara nisbətən daha yavaş qocalırsınız!
Alimlərin tapıntılarına əsaslanaraq, Dr. Sinclair dırnaq baxımı zamanı nəzərə alınmalı olanları və ümumi sağlamlığımız haqqında məlumatlı olmağın yollarını izah edib.
Dr. Sinclair hər dəfə dırnaqlarını kəsəndə sonuncu dəfə nə vaxt kəsdiyini xatırlamağa çalışır. Çünki yaşlandıqca qan dövranı və dırnaqların böyüməsi yavaşlayır. Dırnaqların böyüməsi pəhriz və hormon səviyyələri ilə də bağlıdır.
Dırnaqlarınızın görünüşü də sağlamlıq vəziyyətinizlə bağlı vacib ipuçları daşıyır.
Məsələn, adətən yaşlı insanlarda görülən dırnaq silsilələri yeni hüceyrə istehsalının yavaşladığı anlamına gəlir. Ancaq gənclərdə göründüyü zaman müxtəlif sağlamlıq problemlərinin əlaməti ola bilər. Dr. Sinclair bu səbəbdən xəbərdarlıq edir ki, dırnaqlarınızın formasına və rənginizə diqqət yetirin, hər hansı dəyişikliyi ciddi qəbul edin.
Bəs, dırnaqlarda qara, ağ ləkələr, xəttlər və ya ziyillər nəyi göstərir?
Dırnaq altında qara ləkələrə, melanoma və ya dırnaq yatağının altında böyüyən ziyillərə diqqət yetirin. Bunlar dəri xərçənginin əlamətləri ola bilər.
Dırnaqlarınızdakı ağ ləkələr və cizgilər kifayət qədər sink, kalsium və ya dəmir qəbul etmədiyinizin əlaməti ola bilər. Bu da mantar infeksiyasının əlamətləri arasındadır.
Dırnaqlar genişlənir və barmaq uclarının kənarlarına dolanırsa, bu, ciddi problemlərin əlaməti ola bilər. Bu, xroniki ürək və ya ağciyər xəstəliklərinin səbəb olduğu aşağı oksigen səviyyələrinin əlaməti ola bilər.
Qeyd edək ki, uzunömürlülük üzrə dünyaca məşhur mütəxəssis Dr. Sinclair əvvəllər qurduğu Sağlamlıq və Ömür Tədqiqatları Akademiyasında qocalmanı geri qaytara biləcəyini iddia etdiyi bir dərman üzərində işləmişdi.
Lakin bu məhsul mübahisələrə və tənqidlərə səbəb olub və Akademiyada silsilə istefalar başlayıb, nəhayət, Dr. Sinclair də sədr vəzifəsindən istefa verib. /sfera.az