Bakı və Abşeron yarmadasında yaşayanlara şad xəbər: 2035-ci ilə qədər…
Cəmiyyət
379
19:45, Bu gün

Bakı və Abşeron yarmadasında yaşayanlara şad xəbər: 2035-ci ilə qədər…

“Bakı şəhərinin yeni Baş planına uyğun olaraq Abşeron yarmadasının, Bakı ətrafı qəsəbələrin 2030-2035-ci ilə qədər 100 faizli fasiləsiz mərkəzləşmiş su təchizatı sistemi ilə təmin edilməsinə dair dövlət proqramı artıq milli strategiyada qəbul olunub. Bu istiqamətdə layihələr işlənilir. Bu il də paytaxtda kanalizasiya kollektorlarında olan ciddi problemlərin aradan qaldırılması, yeni yağış kollektorlarının və xəttlərin çəkilməsi sürətlə aparılır”.
 
Bunu Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu layihələr çox vaxt aparacaq: “Su çəkilən ərazilərdə kanalizasiya qurulmalı, yağış sularının axıdılması təmin edilməli, Baş plana uyğun olaraq yol infrastrukturları salınmalıdır. Bütün bunlar böyük zaman tələb edir. Təsəvvür edin ki, 2006-ci ildə əhalinin 26 faizi fasiləsiz su təchizatı ilə təmin olunurdusa, hazırda həmin rəqəm 81,7 faizdir. Bu sürətli inkişafdır”.
 
f888703e-d710-4efe-ab06-30b12ed30d87.jpeg (118 KB)
 
Aydın Abbasov Azərbaycan və İran arasında Araz çayının suyunun bölüşdürülməsinə dair sualı da cavablandırıb: “Bu dövlət əhəmiyyətli məsələdir. Bununla dövlət komissiyası məşğul olur. Güman edirəm ki, bu istiqamətdə də dövlət tərəfindən işlər aparılır”.
 
Müşavir bildirib ki, son 20 ildə iqlim dəyişmələrindən sonra su ehtiyatlarında 4-5 faiz azalma baş verib:”Azərbaycanda suyun böyük hissəsi Araz və Kür çayının hesabına toplanır. Yerdə qalan 14-15 faiz su ehtiyatı isə digər çayların hesabına formalaşır”.
Link kopyalandı!
Son xəbərlər