Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verdiyimiz kimi, kommersiya hava daşımalarının, sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşımalarının həyata keçirilməsi qaydası təsdiqlənib Nazirlər Kabineti bununla bağlı müvafiq qərar imzalayıb.
Sənədlə uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar sərnişinlərə ediləcək güzəştlər müəyyənləşib.
Belə ki, qərara əsasən, uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar daşımada dəyişikliklər edildiyi halda (qarşısıalınmaz qüvvə (fors-major) şəraitindən başqa) daşıyıcı biletdə göstərilmiş marşrut üzrə sərnişinin daşınmasını həyata keçirə bilmədiyi vaxt ərzində sərnişinlər üçün aşağıdakı xidmətləri ödənişsiz təşkil etməlidir:
- 7 yaşınadək uşağı olan sərnişinə ana və uşaq otaqlarının verilməsi;
- uçuş 2 saatdan çox ləngidikdə 2 telefon zənginin edilməsi və ya 2 elektron poçtun göndərilməsi imkanının yaradılması, habelə sərinləşdirici
içkilərin verilməsi;
- gündüz vaxtı 6 saatdan bir, gecə vaxtında isə 8 saatdan bir uçuş ləngidikdə isti yeməklə təmin edilməsi;
- uçuş 8 saatdan çox ləngidikdə mehmanxanada yerləşdirmə;
- əlavə haqq alınmadan mehmanxanada yerləşmə təmin edildiyi hallarda hava limanından (aeroportdan) mehmanxanaya və geriyə nəqliyyatla çatdırılma;
- baqajın saxlanılmasının təşkili.
Daşıyıcı və ya xidmət təşkilatı sərnişinə daha yüksək komfortlu ödənişli əlavə xidmətlər göstərə bilər. 5 yaşınadək uşaqlar yalnız böyüklərin müşayiəti ilə daşınırlar. 5 yaşından 18 yaşınadək uşaqların daşınması daşıyıcının qaydalarına uyğun olaraq tənzimlənir.