Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verdiyimiz kimi, mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların sertifikatlaşdırılması qaydası təsdiqlənib. Nazirlər Kabineti bununla bağlı müvafiq qərar imzalayıb.
Qərarla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə daha bir səlahiyyət verilib.
Belə ki, Agentlik mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların fəaliyyətinə nəzarəti həyata keçirəcək.