Əfv Komissiyasının növbəti iclasının vaxtı MƏLUM OLDU
Cəmiyyət
310
14:50, Bu gün

Əfv Komissiyasının növbəti iclasının vaxtı MƏLUM OLDU

Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.
 
Bu barədə Moderator.az-a Komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.
 
O bildirib ki, iclasın fevralın 27-də keçirilməsi planlaşdırılır.
 
Qeyd edək ki, indiyədək Azərbaycanda 70 əfv sərəncamı və 12 amnistiya aktı imzalanıb. Bu humanist addımlar nəticəsində minlərlə şəxs azadlığa qovuşub.
 
Sonuncu əfv sərəncamı isə ötən ilin may ayında imzalanıb. Sərəcamla 154 nəfər əfv edilib, onlardan 63-ü cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
 
71-ci əfv sərəncamının neçə nəfəri əhatə edəcəyi hələlik məlum deyil.
Link kopyalandı!
Son xəbərlər