75 yaşlı həkimdən iyrənc əməl: xəstəxanada 300 uşağa təcavüz edib və...
Cəmiyyət
412
13:45, Bu gün

75 yaşlı həkimdən iyrənc əməl: xəstəxanada 300 uşağa təcavüz edib və...

Fransada 299 uşağa qarşı cinsi istismarda ittiham olunan həkimin məhkəməsi başlayıb.
 
 Fransada indiyə qədər mühakimə olunan ən böyük cinsi istismar hadisələrindən biri bu gün Vannes bölgəsində keçiriləcək.
 
Keçmiş cərrah olan 74 yaşlı Joel Le Souarnes əksəriyyəti uşaq olan 299 xəstəsinə cinsi təcavüz etməkdə ittiham olunur. Morbihan Cəza Məhkəməsində 4 ay davam etməsi gözlənilən prosesdə yüzlərlə zərərçəkmiş ifadə verəcək.
 
İş 1989-2014-cü illər arasında orta hesabla 11 yaşında olan 158 oğlan və 141 qıza qarşı cinsi istismar iddialarını araşdıracaq. İstintaq sənədlərinə görə, pedofil həkim uşaqlara xəstəxana otaqlarında tək olarkən təcavüz edib, bəzi xəstələr isə anesteziya altında olarkən cinsi istismara məruz qalıb.
 
Souarnes 2005-ci ildə pedofil materialı saxlamaqda və idxal etməkdə təqsirli bilinib və dörd aylıq şərti həbs cəzasına məhkum edilib. Keçmiş həkim cəzasına baxmayaraq, növbəti ildən xəstəxanada ümumi praktik həkim kimi fəaliyyətə başlayıb. 2017-ci ildə pedofil həkimin qonşularının evində 6 yaşlı qıza təcavüz etdiyi məlum olub.
 
Hadisədən sonra Souarnesin evində aparılan axtarış zamanı özünü pedofil kimi təsvir etdiyi və hərəkətlərini təfərrüatlı şəkildə təsvir etdiyi 300 mindən çox fotoşəkil, 650 video və gündəlik tapılıb.//Publika.az
Link kopyalandı!
Son xəbərlər