Deputatdan SƏRT AÇIQLAMA:
1404
25 Feb 2025 | 12:26

Deputatdan SƏRT AÇIQLAMA: "Bəzən sosial işçilər təhqir edilib qovulur" 

Sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq maddəsinin əlavə edilməsi  çox əhəmiyyətlidir.
 
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Sosial Xidmət Haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı çıxışında deputat Əziz Ələkbərov bildirib.
 
“Bəzən sosial işçilərin əksəriyyəti təhqir edilib qovulur. Ona görə də bu dəyişiklik  çox gözəl addımdır. Bununla yanaşı Sosial işçi  evlərə gedir və gördüyü şəraitə əsasən hesabat verir. Lakin o ailələri yerli icra nümayəndələri  daha yaxşı bilər. Ona görə də  sosial işçilərlə bir yerdə yerli icra nümayəndəlrəi də iştirak etsə, yaxşı olar”,-o deyib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər