Bu gün Novruzun ilk çərşənbəsidir
Cəmiyyət
241
00:11, Bu gün

Bu gün Novruzun ilk çərşənbəsidir

Bu gün Novruzun ilk çərşənbəsidir.
 
Fevral ayının 25-i ilin ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunur.
 
İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər.
 
Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar onun su kimi şəffaf və gözəl keçməsini arzulaya bilərlər. İlk tonqalın Su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.
 
Qeyd edək ki, Od çərşənbəsi isə martın 4-ü qeyd ediləcək. Martın 11-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 18-nə təsadüf edəcək. Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək.
 
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
Link kopyalandı!
Son xəbərlər