Bakıda müəmmalı kütləvi ölüm: İçki məclisi və evdə tapılan 15 cansız bədən - TƏFƏRRÜAT
Cəmiyyət
264
24 Feb 2025 | 23:30

Bakıda müəmmalı kütləvi ölüm: İçki məclisi və evdə tapılan 15 cansız bədən - TƏFƏRRÜAT

Sabunçu rayonunda 15 nəfərin etil spirtindən zəhərlənərək ölməsinin təfərrüatları məlum olub.
 
Moderator.az xəbər verir ki, "Report"un əməkdaşları ölən şəxslərin yaşadığı ünvana baş çəkib, qonşularla həmsöhbət olub.
 
Qonşuların sözlərinə görə, ölən şəxslər arasında qadınlar da var.
 
Qeyd edək ki, 22-23 fevralda Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Həyata keçirilən ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.
 
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan, tərkibində 75 və 95% spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib. Hazırda ibtidai istintaq davam etdirilir.
 
Daha ətraflı videomaterialı təqdim edirik:

 

Link kopyalandı!
Son xəbərlər