Azərbaycanla Pakistan müdafiə sənayesi sahəsində birgə istehsal müəssisələri yaratmaq üzərində işləyir
Cəmiyyət
248
24 Feb 2025 | 22:35

Azərbaycanla Pakistan müdafiə sənayesi sahəsində birgə istehsal müəssisələri yaratmaq üzərində işləyir

Biz bu gün (Pakistanın Baş naziri ilə - red.) müdafiə sənayesi sahəsində çox gözəl əməkdaşlığımızı müzakirə etdik. Biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik. Bunun üçün çox böyük potensial var.
 
Bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Pakistanın biznes forumunda deyib.
 
“Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır”, - deyən dövlət başçısı vurğulayıb ki, biz digər sahələrdə də çox böyük potensial görürük.
Link kopyalandı!
Son xəbərlər