Naxçıvan-Bakı avtobus reysləri bərpa edilir
Cəmiyyət
411
24 Feb 2025 | 19:25

Naxçıvan-Bakı avtobus reysləri bərpa edilir

Sabahdan etibarən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə sadəcə səhər reysləri bərpa ediləcək.
 
Bu barədə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyat Agentliyi (NANA) bildirib.
 
Qeyd edək ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar fevralın 22-də Naxçıvan-Bakı-Naxçıvana istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə reyslər müvəqqəti dayandırılmışdı. Hər iki istiqamədə reyslərin tam bərpası hava şəraiti ilə əlaqədar tənzimlənəcək./Report
Link kopyalandı!
Son xəbərlər