İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir – 80 min borcu var
Cəmiyyət
528
15:34, Bu gün

İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir – 80 min borcu var

Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi 80 minlik borcunu ödəmədiyi üçün məhkəməyə verilib.
 
İdarə MMC-lərdən birindən 150 ədəd zibil qutusu alıb. Lakin müqavilə öhdəliyini yerinə yetirməyərək ödənişi etməyib.
 
MMC 2023-cü ildən ödənişini ala bilmədiyi üçün məhkəməyə üz tutub.
 
Məhkəmə MMC-nin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə qarşı iddiasını təmin edib. Məhkəmə qərarına əsasən idarədən 80 min tutularaq MMC-yə ödənilməlidir.
Link kopyalandı!
Son xəbərlər