MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? – ARAŞDIRMA
Cəmiyyət
621
14:51, Bu gün

MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? – ARAŞDIRMA

Adi bir qədər əvvəl qalmaqala qarışan və sosial şəbəkələrdə “bir saniyəyə 100 min ev satan” kimi təqdim olunan “MİDA” MMC ötən il sayca az, amma məbləğcə çox böyük tenderlər keçirib. Tribunainfo.az xəbər verir ki, şirkət 14 tenderdə 77 milyon 844 min 442 manatlıq satınalma müqaviləsi imzalayıb.
 
“MİDA”nın ötən il üçün ən bahalı müsabaqiəsi Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən yaşayış kompleksinin elektrik xətti, kanalizasiya və digər bu qəbildən görülən işləri ilə bağlı olub. “ENERJİ QRUP” MMC ilə bununla əlaqədar 10 milyon 185 min 018 manatlıq satınalma müqaviləsi imzalanıb.
 
Xatırladaq ki, “MİDA” sözügedən şirkətlə bu ilin ilk ayında da anlaşıb. Belə ki, Şirvan şəhəri, Naxçıvan küçəsində inşa olunan yaşayış kompleksinin sahəxarici və sahədaxili qaz təminatı işlərini həyata keçirən “Enerji Group” b unun müqabilində MMC-dən 1 milyon 509 min 75 manat daha alacaq.
 
Bahalılıq dərəcəsinə görə, ikinci ən iriməbləğli tender “T.T.Ş.-İNŞAAT” MMC ilə razılaşdırılıb. MİDA Binqədidəki binasının csu-kanalizasiya şəbəkəsinin və drenaj sisteminin tikintisi işlərinə görə, sözügedən şirkətə 8 milyon 448 min 852 manat ödəyib.
 
Bahalı layihələr sırasında Şirvan şəhəridə 960 yerlik tam orta məktəbin tikintisi də var. “İDEAL TM” QSC ilə bağlanmış müqavilənin dəyəri 6 milyon 951 min 997 manat təşkil edib.
 
Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksinin sahədaxili şəbəkəsinin tikintisi işləri də ucuz olmayıb. “İNTEGRAS” MMC ilə bağlanılan müqavilənin dəyəri 4,7 milyon manat olub.
 
MİDA-nın say baxımından ən çox müqavilə bağladığı şirkət isə “R.İ.S.K. ELMİ İSTEHSALAT ŞİRKƏTİ”dir. Ötən il MMC və QSC 3 tender sazişi imzalayıblar. Bu müqavilələrin toplam dəyəri isə 2 milyon 438 min 092 manat olub.
 
MİDA bu ilin ilk 3 iki ayı ərazində təxminən 29 milyon manatlıq daha üç tender keçirib. Bu tenderlərdən biri Hövsan qəsəbəsində 5 çoxmənzilli yaşayış binasının və mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması ilə bağlıdır. “AMAL GROUP” MMC ilə bu məqsədlə 27 milyon 285 min 107 manatlıq müqavilə imzalanıb.
 
MİDA-nın ən qəribə işlərindən biri davamlı olaraq, eyni şirkətlə gördüyü işləri reklam etməsidir. Belə ki, MMC “Medical Media” ilə iki ildir davamlı olaraq çalışır. Tibb sahəsində çalışan və bu sahə üzrə reklamda elə də ciddi uğur qazanmamış sözügedən şirkətlə MİDA-nın ötən il üçün 112 min manatlıq növbəti satınalma müqavilə bağlaması da təəccübə səbəb olub.
 
İkinci maraqlı məsələ isə MİDA-nın ötən illə nisbətdə bu il dəftərxana ləvazimatına olan tələbatının artmasıdır. Belə ki, ötən il “DOSTLUQ TRADİNG” MMC-dən 102 min 971 manatlıq dəftərxana ləvazimatı alan MİDA, bu ilin yanvarında “LEKAL” MMC ilə eyni məqsəd üçün 134 min 948 manatlıq satınalma müqaviləsi imzalayıb.
 
Lakin MİDA-nın ən müəmmalı və qəribə işlərindən biri odur ki, şirkətin satınalma saytında keçirdiyi tenderlərin tarixçəsi 2024-cü ilin may ayını keçməməsidir. Yəni, MMC-nin may ayından ötən ilin əvvəlinə qədər olan müddətdə keçirdiyi tenderlərlə bağlı heç bir məlumat yoxdur.
 
Bu məlumatlar gizlədilibmi, yoxsa, saytın bazasından çıxarılıbmı və ya bunun məqsədli olub olmadığı, habelə texniki məsələ olması barədə heç bir məlumat yoxdur.
 
Necə ola bilər ki, eyni saytda bu ilin yanvar və fevral ayları üçün MİDA-nın keçirdiyi tenderlərlə bağlı məlumat var, amma ötən ilin yanvar-may ayları üçün heç bir bilgi yoxdur? Bunun özü kifayət qədər qəribə və təəccüblüdür.
 
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Link kopyalandı!
Son xəbərlər