Heydər Cəfərli bu quruma departament müdiri təyin olundu
Cəmiyyət
413
14:22, Bu gün

Heydər Cəfərli bu quruma departament müdiri təyin olundu

"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) yeni təyinat həyata keçirilib.
 
ADY-nin yeni yaradılmış Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsinə Heydər Cəfərli təyin olunub.
 
Qeyd edilir ki, Heydər Cəfərli 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2009-2011-ci illərdə Potsdam Universitetində "İqtisadiyyat və biznes", 2011-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər", 2016-2018-ci illərdə isə Drezden Texniki Universitetində "Layihə idarə edilməsi" ixtisasları üzrə magistratura pilləsində təhsil alıb.
 
Peşəkar fəaliyyəti dövründə Dövlət Məşğulluq Xidməti (indiki Dövlət Məşğulluq Agentliyi) və "Aqro-Azərinvest" MMC-də rəhbər vəzifələrdə çalışıb. 2018-ci ildən ADY-nin müxtəlif struktur bölmələrində rəhbər vəzifələrdə işləyən Heydər Cəfərli 2023-cü ilin avqustundan Kommersiya departamentinin müdir müavini olub və müdiri vəzifəsini icra edib.
Link kopyalandı!
Son xəbərlər