“Avromed Company” QSC, Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin siyahısında!
Cəmiyyət
333
13:38, Bu gün

“Avromed Company” QSC, Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin siyahısında!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin (büdcə təşkilatları istisna olmaqla) adlarını açıqlayıb.
Siyahıda yer alan dərman idxalı və satışı ilə məşğul olan "Avromed Company" QSC, 2024-cü il üzrə ən çox vergi ödəyən əczaçılıq şirkətlərindən biri olaraq siyahıda yer almışdır.
2002-ci ildən fəaliyyət göstərən “Avromed Company” QSC, səhiyyə sektorunda fəaliyyət göstərərək keyfiyyətli məhsul və xidmətlər təqdim etməklə yanaşı, vergi öhdəliklərini də dəqiq şəkildə yerinə yetirməklə, 2024-cü ildə dövlət büdcəsinə 26.6 milyon manat məbləğində vergi ödəyərək həmin siyahıda 52-ci yeri tutmuşdur.
Qeyd edək ki, “Avromed Company” QSC Azərbaycanda əczaçılıq məhsullarının ən böyük idxalçılarından biridir. 22 illik fəaliyyəti ərzində dünyanın 40-dan çox ölkəsindən 200-dən çox əczaçılıq şirkəti ilə işgüzar əlaqələr qurmuşdur. “Avromed Company” QSC şirkəti tərəfindən ölkəyə idxal olunan dərman və tibbi məhsulların, həmçinin parafarmasevtik məhsulların çeşidliliyi 17 mini ötmüşdür.
Link kopyalandı!
Son xəbərlər