Bizi sosial şəbəkələrdən izləyin:
Ötən gün Yevlax rayonu ərazisində qadın cəsədi tapılıb.
Cəsədin 1941-ci il təvəllüdlü Narın Quliyevaya məxsus olması müəyyən edilib. Mərhumun cansız bədəni Yevlax rayonu ərazisində yerləşən köhnə İnternat məktəbində otaqların birində tapılıb.
Onu da qeyd edək ki, həmin məktəbdə məcburi köçkünlər məskunlaşıb.
Hadisə ilə bağlı Yevlax rayon Prakrorluğunda araşdırma başlanılıb.