Polis fasiləsiz XİDMƏTDƏ — FOTOLAR/VİDEO
Cəmiyyət
422
23 Feb 2025 | 22:44

Polis fasiləsiz XİDMƏTDƏ — FOTOLAR/VİDEO

Mövcud hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət günboyu davam etdirilib, yaranan problemlərin aradan qaldırılması istiqamətində zəruri operativ tədbirlər görülüb.
 
DİN-dən Moderator.az-a bildirilib ki, park və xiyabanlarda piyadaların rahat, hərəkətini və mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək məqsədi ilə cəlb edilmiş əlavə naryadlar tərəfindən lazımi köməkliklər göstərilib.
 
Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət hal-hazırda da davam etdirilir.

Link kopyalandı!
Son xəbərlər