Bakıda taksilərin qiyməti fantastik dərəcədə qalxdı
Cəmiyyət
657
23 Feb 2025 | 20:03

Bakıda taksilərin qiyməti fantastik dərəcədə qalxdı

Bakıda taksi ilə sərnişin daşıyan şirkətlər qiymətləri qaldırıblar.
 
Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, adi günlərdə 5-7 manata gedilən məsafələrin gedişhaqqı hazırda 26-28 manat arasında dəyişir.
 
Paytaxtın bəzi ərazilərinə taksi ilə getmək istəyən sərnişinlər 35-40 manat ödəməlidirlər. Adi günlərdə həmin məsafələrin qiyməti 13-17 manat təşkil edirdi.
 
Bundan başqa, fevralın 23-də günün ikinci yarısından Bakıda taksi tapmaq da çətinləşib. Taksi sifariş edən sərnişinlər avtomobilin gəlməsi üçün 15-20 dəqiqə gözləməli olurlar.
 
Taksi xidməti göstərən operatorlar isə qiymət artımının səbəbləri barədə açıqlama verməyiblər. Görünür bu, Bakıda hava şəraitinin qarlı və şaxtalı keçməsi ilə bağlıdır
Link kopyalandı!
Son xəbərlər