Ağdamda təcili yardım avtomobili qəzaya uğrayıb
Cəmiyyət
1209
23 Feb 2025 | 12:57

Ağdamda təcili yardım avtomobili qəzaya uğrayıb

Ağdam rayonunda xəstə çağırışına gedən təcili tibbi yardım avtomobili qəzaya düşüb.
 
Hadisə səhər saatlarında rayonun Alıbəyli qəsəbəsində baş verib.
 
İlkin məlumata görə, yolun buzlu olması səbəbindən təcili yardım maşınının sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı hasara basdırılmış dirəyə çırpılıb.
 
Qəza nəticəsində tibbi heyət üzvləri xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər