Yollar buz bağladı, sürücülərə XƏBƏRDARLIQ
Cəmiyyət
717
08:29, Bu gün

Yollar buz bağladı, sürücülərə XƏBƏRDARLIQ

Hansı ərazilərdə qar yağır?
 
 
Hazırda Bakı-Quba-Rusiya sərhədi yolunun 40-cı km-dən, Bakı-Şamaxı-Yevlax yolunun 35-ci km-dən, Ələt-Astara-İran sərhədi yolunun 12-ci km-dən, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 65 km-dən başlayaraq, eyni zamanda Gəndob-Yalama avtomobil yolunda və Ağsu aşırımında intensiv qar yağışı müşahidə olunur.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin hava şəraiti ilə bağlı sürücülərə müraciətində məlumat verilib.
 
Bu yerlərdə buzlaşma ehtimalı yüksəkdir
 
 
"Yolların hərəkət hissəsində qar örtüyü əmələ gəlib və bəzi yerlərdə buzlaşma ehtimalı yüksəkdir. Belə hava şəraitində xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda və körpülərdə yolun buz bağlaması sürüşmə ehtimalını artırır" deyə, müraciətdə bildirilib.
 
 
DYP əməkdaşları qeyd olunan ərazilərdə gücləndirilmiş nəzarət tədbirləri həyata keçirir, təhlükəsizlik məqsədilə texnika və yol təsərrüfatı qurumları ilə birgə işlər görür.
 
Sürücülərə tövsiyyələr
 
 
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bəzi tövsiyyələr də verib.
 
- Avtomobillərin texniki vəziyyətini yoxlayın, qış təkərlərindən istifadə edin.
 
- Sürət həddini azaldın, ötmə və digər kəskin manevrlərdən çəkinin.
 
-Yolların buz bağlaya biləcəyini nəzərə alaraq, ara məsafəsini qoruyun.
 
-Hava və yol şəraiti ilə bağlı məlumatları izləyin.
 
-Zərurət olmadıqca kəskin hava şəraiti olan istiqamətlərdə hərəkət etməyin.
Link kopyalandı!
Son xəbərlər