Bərdədə minik maşını aşıb, ölən və xəsarət alanlar var
Cəmiyyət
463
22 Feb 2025 | 23:21

Bərdədə minik maşını aşıb, ölən və xəsarət alanlar var

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.
 
Hərəkətdə olan "Lada" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
 
Hadisə nəticəsində sürücü 2003-cü il təvəllüdlü İsgəndərov Binnət Taleh oğlu həyatın itirib.
 
Maşında olan sərnişinlər İsgəndərov Davud və Allahverdiyev Elmir müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.(APA)
Link kopyalandı!
Son xəbərlər